Bütün oyunlarda 1 dəqiqəlik sükut

butun-oyunlarda-1-deqiqelik-sukut
Oxunma sayı: 641

AFFA-nın bayrağı altında təşkil olunan U-11 Liqası, U-13 Liqası, U-14 Liqası, U-15 qızlar Liqası və UNİCEF U-17 qızlar Liqasında bu həftəsonu keçiriləcək bütün oyunlardan əvvəl 31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq. Azerisport.az xəbər verir ki, eyni zamanda komandaların üzvləri meydançaya qara sarğı ilə çıxacaqlar.

Oyunlardan əvvəl AFFA-nın əməkdaşları tərəfindən liqalarda çıxış edən oyunçulara soyqırım haqda ətraflı məlumat veriləcək. Məlumatı AFFA yayıb.