“Bütün Rusiya zəng edir ki, bu nə məsələdir?” - Açıqlama

butun-rusiya-zeng-edir-ki-bu-ne-meseledir-aciqlama
Oxunma sayı: 661

Müğənni Türkan İsgəndərli isə haqqında yayılan bu söhbətlərlə bağlı AzNews.az-a açıqlama verib. O, məxsusi olaraq bu mövzuya nöqtə qoymaq üçün Azərbaycana gəldiyini və bəzi addımlar atacağını bildirdi:

“Baş verənlərə aydınlıq gətirmək üçün 4 gündür ki, Azərbaycandayam. Bəzi məsələlər var ki, ona aydınlıq gətirmək lazımdır. Haqqımda şayiələr yayılıb, guya mən Niyaməddin Musayevlə eşq həyatı yaşayıram. Bundan çox narahatam. Məni tanıyanlar, bütün Rusiya zəng edir ki, bu nə məsələdir?

Müğənnilərin bəziləri də efirdə arxamca danışır, deyirlər ki, guya bununla mən özümü reklam etmək istəyirəm. Mən buna son qoyacam. Həmin şəkilləri mən öz “odnaklassniki” səhifəmdə qoymuşam. Orada 500 dostum var, kimsə bunu oradan götürüb yayıb. Mənim Niyaməddin Musayevlə münasibətim var, ailəsi ilə də dostam. Niyaməddim müəllim deyir ki, əgər sənin yerinə bir başqası olsaydı, etirazımı bildirdərdim. Ancaq siz gözəl xanımsınız, xətirinizi istəyirəm, ona görə də sakit durmuşam, heç nə deyə bilmirəm. Yəqin ki, bununla bağlı mətbuat konfransı olacaq. Özüm də bundan sonra Azərbaycanda yaşayacam”.