“Bütün səhiyyə ocaqlarında infeksiyalarla mübarizə gücləndirilməlidir”

butun-sehiyye-ocaqlarinda-infeksiyalarla-mubarize-guclendirilmelidir
Oxunma sayı: 787

Bu gün xəstəxanadaxili infeksiyalarla bağlı  Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının  “AZDAS-2018”  Konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda çıxış edən MKX İnfeksiyaya Nəzarət komitəsinin sədri Yaqut Qarayeva xəstəxanadaxili infeksiyaların ölüm hallarının artmasında mühüm rol oynadığını vurğulayıb:

"Son vaxtlar biz xəstəxanalarda mikro-bakteriyalarla bağlı ciddi problem yaşayırıq. Bundan başqa, hər gün xəstəxanalara yeni avadanlıqlar gəlir. Səhiyyə işçiləri həmin aparatların dezinfeksiyasını yaxşı bilməlidir. Xususi olaraq qeyd etmək istəyirəm ki, ölkəmizdə turizmin inkişafı eqzotik xəstəliklərin artmasına səbəb olub. Vətəndaşlarımız xaricə  gedir, həmçinin ölkəmizə gələnlər var. Tibbi turizm də vacib məqamlardandır. Vətəndaşlarımız hər hansı bir əməliyyat üçün xaricə üz tutur və sonradan müalicəni ölkəmizdə davam etdirirlər. Belə olan halda müayinələrdə fərqli bakteriyalar müşahidə olunur. Bu gün sadəcə 5-6 xəstəxanada yox, bütün səhiyyə ocaqlarında infeksiyalarla mübarizə gücləndirilməlidir".

Günel Hacı