“Bütün sərvətimi dövlətə bağışlayacam…”

“Bütün sərvətimi dövlətə bağışlayacam…”
Oxunma sayı: 3093

TV 8-də yayımlanan “Gel Konuşalım” proqramına telefonla bağlanan Bülent Ersoy səmimi açıqlamalar edib. “Qafqazinfo” xəbər verir ki, 65 yaşlı sənətçi tez-tez gündəmə gələn sərvəti barədə danışıb. 

O, ötən gün mətbuatda geyiminin 125 min TL olması barədə yazılan xəbərlərə də reaksiya verib:

“Üstümdəkilərin qiymətini hardan tapıb yazıblar? Anlamıram! Pul barədə heç vaxt danışmamışam. Mənim üçün geyimin yaraşıb-yaraşmadığı önəmlidir”. 

Müğənni daha sonra bütün sərvətini dövlətə bağışlayacağını deyib:

“Möhtəşəm bir gecə təşkil edəcəm, bu barədə sizə xəbər verəcəm. Çox dəyərli bir kürkümü auksiona qoyacam, əldə olunan gəliri təhsil üçün ayıracam. Mənim kimim var? Onsuz bütün sərvətimi dövlətə bağışlayacam”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi