Bütün xəbərlər bir ünvanda - Yeni sayt yaradıldı

butun-xeberler-bir-unvanda
Oxunma sayı: 4145

Bu gün Azərbaycanda ilk xəbər aqreqatoru olan Aqreqator.az saytı fəaliyyətə başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu gündən ölkənin bütün aparıcı xəbər portallarının dərc etdikləri xəbərləri bir pəncərədə izləyə biləcəksiniz.

Məlum olduğu kimi, adətən oxucu daha tam informasiya əldə etmək üçün bir deyil, bir neçə xəbər saytını oxuyur. Ölkədə isə xəbər saytları həddindən artıq çoxdur, onların əksəriyyətində isə xəbərlər təkrarlanır. Aqreqator.az saytı bu problemi aradan qaldıraraq, oxucunu daha tam, nizamlı, ardıcıl və ilk mənbədən xəbər axını ilə təmin edəcək.

Saytda hər dəqiqə əsas xəbərlərin başlıqları yerləşdiriləcək. Oxucu özünü maraqlandıran başlığı seçdikdə həmin xəbər olduğu saytda açılacaq.

Hazırda dünyada müxtəlif məşhur xəbər aqreqatorları mövcuddur. Azərbaycanda bu layihə Aqreqator.az saytında reallaşdı. Şüarı isə belədir: “Ən informasiyalı Siz olun.”