Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının nəticələri açıqlandı

buzadirmanma-uzre-aciq-azerbaycan-cempionatinin-neticeleri-aciqlandi
Oxunma sayı: 642

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə 18 yanvar – 03 fevral 2013-cü il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı sona çatıb. FAIREX-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, çempionatın təsnifat - seçim yarışları üzrə I mərhələsi 18-19 yanvar tarixlərində, çətinlik və sürət üzrə II mərhələsi isə 02-03 yanvar tarixlərində keçirilib.
Çempionatın final mərhələsində Azərbaycan idmançıları ilə yanaşı Rusiya, İran və Gürcüstanın 20-dən artıq idmançısı iştirak edib.
Çempionatının nəticələri təqdim edirik:
Buzadırmanma üzrə Açıq Respublika Çempionatında kişilərin çətinlik üzrə final mərhələsinin nəticələri
1. Qvelebiani Nukri (Gürcüstan)
2. Yunisov Ceyhun (Salavat)
3. Məhəmməd Zireşki (İran)
Buzadırmanma üzrə Açıq Respublika Çempionatında qadınların çətinlik üzrə final mərhələsinin nəticələri
1. Pirəliyeva Aytən (Zirvə)
2. Pirəliyeva Gülnar (Zirvə)
3. Qazimagammedova Marina (Rusiya)
3. Saidova Aida (Rusiya)
Buzadırmanma üzrə Açıq Respublika Çempionatında kişilərin sürət üzrə final mərhələsinin nəticələri
1. Rəhimxanov Ramal (Salavat)
2. Əzizov Maksim (Salavat)
3. Nəsrullayev Seyfulla (Zirvə)
Buzadırmanma üzrə Açıq Respublika Çempionatında qadınların sürət üzrə final mərhələsinin nəticələri
1. Əliyeva Leyla (FHN)
2. Pirəliyeva Gülnar (Zirvə)
3. Pirəliyeva Aytən (Zirvə)

Buzadırmanma üzrə Açıq Respublika Çempionatında ümumi nəticələrə görə, komandalararası yarışda FAİREX-in “Salavat” idman komandası I yerə çıxıb.