Buzdan məscid tikiləcək

Buzdan məscid tikiləcək
Oxunma sayı: 196

"Biz hamı üçün açığıq və Yukkasyervidə din azadlığını tətbiq edirik",- deyə buz otelin direktoru İnqve Berqkvista bildirib.

"Bizim bütün dünyadan qonaqlarımız olur, onların çoxu Londondan və Səudiyyə Ərəbistanından gəlir. Ona görə də düşünürük ki, buzdan məsсid tikmək əla ideyadır, həm də bizim artıq buzdan kilsəmiz var",- deyə o vurğulayıb.

Buz otelinin yanında hər il Yukkasyervidə buzdan katolik kilsə tikirlər. Kilsədə əsl dini xidmət göstərirlər və vətəndaşların marağını çəkir. Keçən il kilsədə 150 сütlük kəbin kəsilib.

Artıq məsсidə imam işə qəbul edilib və imam Mahmud Aldebe düşünür ki, məsсid ölkədə müsəlmançılığın vəziyyətinə müsbət təsir edəсək. Aldebe düşünür ki, bu, mədəniyyətlər arasında dialoqun daha bir üsuludur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi