Vağzalda bomba həyəcanı

vagzalda-bomba-heyecani
Oxunma sayı: 676

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, hal-hazırda vağzal ərazisində mütəxəssislər fəaliyyət göstərir.

Bu gün saat 11.30-da hüquq mühafizə orqanlarına Kursk vağzalında bomba olması ilə bağlı anonim zəng daxil olub. Bu zəngdən sonra vağzal ərazisindən bütün sərnişinlərin və personalın köçürülməsinə başlanılıb.

“İntefaks” xəbər verir ki, voğzal ərazisində kinoloqlar təlim görmüş itlərlə axtarış aparırlar.