Vahabzadə işə çıxdı

vahabzade-ise-cixdi
Oxunma sayı: 699

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə səlahiyyət müddəti bitməsi ilə əlaqədar Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunaraq Qobustan rayon prokuroru vəzifəsinə təyin edilib. Lakin səhhətində yaranmış problemlə bağlı hazırkı vaxtadək işə çıxa bilməyib. Müvafiq müalicə kursu aldıqdan sonra o, bu gündən xidməti vəzifəsinin icrasına başlayıb.