Valyutadəyişmə məntəqəsinə silahlı basqın edildi

valyutadeyisme-menteqesine-silahli-basqin-edildi
Oxunma sayı: 710

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, naməlum şəxslər atəş açaraq məntəqinin bir işçisini qətlə yetiriblər. Şahidlərin sözlərinə görə, güllə onun alın nahiyəsinə dəyib. Məlumata görə, məntəqənin digər işçisi isə qaçaraq silahlı şəxslərdən yayına bilib.

Şahidlər bildirdi ki, məntəqədən pul da aparılıb.

Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə bildirildi ki, "102" xidmətinə belə bir məlumat daxil olub. Hazırda hadisə yerinə polislər yollanıb.

Qaradağ rayon Prokurorluğundan da ANS PRESS-ə fakt təsdiqləndi və bildirildi ki, hazırda hadisə yerinə müstəntiqləri yollanıb. Araşdırma aparılır.