Vaqif Cavadov cəzalandırıldı

vaqif-cavadov-cezalandirildi
Oxunma sayı: 686

Oktyabrın 19-da AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo”nun AFFA-nın internet saytına istinadən xəbərinə görə, iclasda Vaqif Cavadovun məsələsi müzakirə olunub. Müzakirələrdən sonra İntizam Komitəsi Vaqif Cavadovun bir il müddətinə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılmaqla bağlı qərar qəbul edib. Həmçinin qərara alınıb ki, Vaqif Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın İntizam qaydalarına uyğun olaraq, 5 təqvim oyunundan kənarlaşdırılsın, klubu isə 5000 (beş min) manat cərimə olunsun.
Milli komandanın əvvəlcədən planlaşdırılan seleksiya xarakterli toplanışına dəvət olunan Rəşad Abdullayev toplanış vaxtı millinin baş məşqçisinə müraciət edərək toplanışda iştirak etmək istəmədiyini bildirib. Buna görə futbolçunun bu hərəkəti ilə bağlı “Neftçi” klubunun rəhbərliyinə məktub ünvanlanmağı qərara alınıb.
İclasda qeyd olunb ki, Vaqif Cavadovun milli komandada çıxış etməsi ilə bağlı məsələyə millinin baş məşqçisinin müraciəti əsasında yenidən baxıla bilər.