Vaqif Cavadov daha bir klubdan qovuldu

vaqif-cavadov-daha-bir-klubdan-qovuldu
Oxunma sayı: 647

Onun sözlərinə görə, 23 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rəsmi qərar yaxın vaxtlarda açıqlanacaq. Lakin Kozunov bu qərarın nədən qaynaqlandığını açıqlamayıb: “Səbəbini baş məşqçimiz Dmitri Çerışev və futbolçunun özündən soruşsanız yaxşı olar. Yəqin ki, Çerışev Cavadovla bu barədə söhbət aparıb. Hər halda Vaqif hazırda Türkiyədə təlim-məşq toplantısında olan komandamızla birgə deyil”.

Hazırda Cavadovun Bakıda olduğu və yerli klublarımızla danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Vaqif Cavadov Rusiyanın “Volqa” klubuna 2011-ci ilin yayında transfer olunub. Hazırda Nijni-Novqorod komandası 16 komandadan ibarət Rusiya Premyer Liqasında 14-cü yeri tutur. Ötən il oktyabrın 19-da isə Cavadov Azərbaycan milli komandasından da 1 il müddətinə kənarlaşdırılıb. Səbəb kimi onun Avstriya ilə oktyabrın 7-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra millimizin düşərgəsini özbaşına tərk etməsi göstərilib. Həmin qərarda bildirilir ki, Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın İntizam qaydalarına uyğun olaraq, 5 təqvim oyununu buraxacaq, klub isə 5000 manat cərimə olunacaq.