Varis hakimiyyətə gəldi

varis-hakimiyyete-geldi
Oxunma sayı: 655

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Kim Çon “Çuçxe inqilab ideyalarının varisi, partiya, ordu və xalqın dahi lideri” adlandırılıb. Qeyd edək ki, Kim Çonun varis olacağı hələ 2009-cu ildə elan edilmişdi, lakin uzun müddət onun təinatı ilə bağlı şayiələr öz rəsmi təsdiqini tapmamışdı. Həmin vaxtdan etibarən diktatorun kiçik oğlu Koreya Xalq Demokratik Respublikası parlamentinə və hakim Koreya Əmək partiyasına daxil olub.

Qeyd edək ki, bu gün Koreyada 24 milyon insanın da iştirak edəcəyi kütləvi matəm tədbirləri keçiriləcək. Kim Çen İrin dekabrın 28-də dəfn ediləcəyi deyilir.
Səidə