Vaşinqtondan İranı vura biləcək silah hazırlanır

vasinqtondan-irani-vura-bilecek-silah-hazirlanir
Oxunma sayı: 666

“Wall Street Journal” qəzetinə müsahibə verən müdafiə naziri və Pentaqonun səlahiyyətli şəxsləri ABŞ-ın bu gün əlində olan silahların İranın yeraltındakı nüvə təsislərini vurmaq gücündə olmadığını bildirib.

Son çalışmalarda əldə olunan 15 tonluq bombaların belə dağın altındakı obyektlərə zərə verə bilməyəcəyini söyləyən ABŞ təmsilçisi, "hələ də inkişaf etdirməyə çalışırıq, hesab edirəm ki çox yaxınlaşmışıq" deyib.

İsrailin müdafiə naziri Ehud Barak isə Davosda jurnalistlərə verdiyi açıqlamada "Biz İranı nüvə fəaliyyəti yolundan döndürməkdə qərarlıyıq. İranda bu sahədə gedən inkişaf problemin və təhlükənin böyüdüyündən xəbər verir. Bu məsələ bu gün Amerikanın da bizim də stolumuzun üstündə gündəm məsələsidir” deyib.

Aynur