“Vasmoy bazarı”nın hamamından meyit tapıldı

vasmoy-bazarinin-hamamindan-meyit-tapildi
Oxunma sayı: 3190

Nizami rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Çobanzadə 54 ünvanında yerləşən “Vasmoy bazarı” kimi tanınan bazarında anbarında kişi meyiti tapılıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanı əməkdaşları mərhumun Nizami rayon sakini 55 yaşlı Ramiz Həsənov olduğu məlum olub. Mərhumun meyiti anbarın hamamında tapılıb.

Bu gün saat 15 radələrində hamam yuyunmağa gəlib. Bir müddətdən sonra onun meyiti aşkarlanıb. Onun ölümünün səbəbləri araşdırılır. Meyit müayinə üçün ekspertizaya göndərilib.