Vatikanda yeni qalmaqal başladı

vatikanda-yeni-qalmaqal-basladi
Oxunma sayı: 639

“Vati-liks” adı verilmiş qalmaqalla bağlı Roma papası 16-cı Benediktin 46 yaşlı eşikağası Paolo Qabriel həbs olunub. Qabriel yanvar və fevral aylarında qanunsuz yolla Vatikanın daxili işləri ilə bağlı gizli məlumatları mediaya çıxarmaqda ittiham olunur.

Gizli məlumatlarda Vatikanda iri məbləğli müqavilələrin bağlanması zamanı yol verilən korrupsiya halları və səriştəsiz idarəçilikdən bəhs edir. Həmin məlumatlar əsasən Vatikanın dövlət katibi kardinal Tarkisio Bertonu çətin vəziyyətdə qoyub. Tənqidçilər, məlumatların sızmasında əsas məqsədin məhz Bertonu etibardan salmaq olduğunu hesab edir. Qalmaqalın böyüməsinə səbəb, sızmış məlumatlar o cümlədən məxfi məktublar və memorandumlar əsasında “Əlahəzrət” adlı kitabın dərc olunması olub. Mübahisəli kitab artıq Avropada böyük rezonans doğurub. Vatikan kitabın başdan ayağa cinayət olduğunu deyərək, müəllif, nəşriyyat evi və məlumatın sızmasında əli olan istənilən şəxsi məhkəməyə verməyə söz verib.

Qeyd edək ki, daxili məlumatları sızdırdığına görə həbs olunmuş eşikağası Paolo Qabrielin günahı sübuta yetiriləcəyi təqdirdə o, nə az nə çox 30 il azadlıqdan məhrum edilə bilər.

anspress