Vergilər Nazirliyində cəmi 5 nəfər…

vergiler-nazirliyinde-cemi-5-nefer-
Oxunma sayı: 677

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, kadr islahatı nəticəsində vergi orqanı əməkdaşlarının sayı xeyli azaldılıb. Nazirlik işə qəbul olanlar arasında daha çox gənclərə üstünlük verir. Belə ki, hazırda vergi orqanı əməkdaşlarının 29,1 faizinin yaşı 30-a qədər, 12,3 faizinin yaşı 30-35 yaş arasında, 9,1 faizinin yaşı 36-40, 11,9 faizinin yaşı 41-45, 14,6 faizinin yaşı 46-50 yaş arasında, 22,9 faizinin yaşı isə 50-dən yuxarıdır. 5 nəfərin yaşı 65-dən çoxdur ki, bu da vergi sistemində çalışanların cəmi 0,2 faizini təşkil edir.