Vergilər Nazirliyinin keçmiş əməkdaşı tutuldu

vergiler-nazirliyinin-kecmis-emekdasi-tutuldu
Oxunma sayı: 643

Etibarlı mənbədən cümə günü Trend-ə daxil olan məlumata görə, özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edən nazirliyin sabiq əməkdaşı Mübariz Əliyev vətəndaşlara məxsus mağazalardan pul yığdığı üçün baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İdarə tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.