Vətəndaş müharibəsi ola bilər

vetendas-muharibesi-ola-biler
Oxunma sayı: 664

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Avropa Birliyi Şengen formartına bənzər Sabitlik Paktını yaradarkən ilk olaraq Yunanıstanın kənarda qalacağı gözlənilir. Almaniyanın Baş naziri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozi, avro məkanını borc böhranıyla mübarizədə yeni Sabitlik Paktı da daxil olmaqla daha təsirli üsullar planlaşdırırlar.

Almaniyanın “Welt am Sonntag” qəzetində yayımlanan xəbərdə, Merkel və Sarkozinin gələn həftə böhranla mübarizə planını açıqlaya biləcəyi yazılıb. Mövcud AB razılaşmalarını dəyişdirmək uzun sürəcəyi üçün avroməkanı ölkələrinin 2012-ci ilin əvvəlində tətbiq olunacaq yeni Sabitlik Paktı mövzusunda razılaşmanı gecikdirməkdən qəbul ediləcəyi qeyd olunub.

Xəbərdə bildirilir ki, Sabitlik Paktı vətəndaşların sərbəst daxil olmasına imkan yaradan Şengen müqaviləsinə bənzəyr. Sabitlik Paktına daxil olan ölkələr arasında, möhkəm büdcə qaydaları və milli büdcələrin idarə olunmasının detallarını açıqlayan bir razılaşma olacağı qeyd edilib.

Başqa tərəfdən, Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (IFO) rəhbəri Hans-Verner Sinn, iqtisadi böhranla üz-üzə qalan Yunanıstan üçün yeganə yolun avrozolaqdan çıxmaq olduğunu söyləyib. Afinada nəşr olunan “To Vima” qəzetindəki açıqlamasında Yunanıstanın borc probleminə toxunan Sinn, bu ölkənin avroməkanda qalmasının uzun illər iqtisadi durğunluq içərisində qalacağı və vətəndaş müharibəsinə səbəb ola biləcəyini deyib.