“Vəziyyət stabildir, amma o qədər yaxşı deyil” - Mövqe

veziyyet-stabildir-amma-o-qeder-yaxsi-deyil-movqe
Oxunma sayı: 646

ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, Tapqaraqoyunlu kəndində keçirilən monitorinqdə ATƏT-in hazirki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Anjey Kasprşik cəbhədəki vəziyyəti şərh edib:

"Mənim qiymətim belədir ki, vəziyyət stabildir. Amma bu vəziyyət məni qane etmir. Atəşkəs pozulur, itkilər var. Düzdür, son vaxtlar itkilərin sayı azalıb. Amma demək olar ki, ciddi pozuntular yoxdur. Vəziyyət stabildir, amma o qədər yaxşı deyil".

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç keçirib.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndirijisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas izləyib.