Vicdan məhbuslarının əfv ərizələri açıqlandı – “Bir də etməyəcəm”

vicdan-mehbuslarinin-efv-erizeleri-aciqlandi-bir-de-etmeyecem
Oxunma sayı: 663

Bir neçə gün əvvəl yazdığı əfv ərizəsindən imtina etdiyini açıqlayan Elnur Məcidlinin bəyanatından sonra həm onun, həm də digər məhbus Arif Alışlının prezidentə yazdıqları ərizələrin surəti “Qafqazinfo”nun redaksiyasına daxil olub. Onlar öz ərizələrində etdikləri əməldən peşman olduqlarını, cinayət əməlinə yol verdiklərini dərk etdiklərini və bu halın bir daha təkrar olunmayacağını vurğulayaraq prezidentdən əfv olunmalarını xahiş ediblər. Lakin onların adları prezidentin sonuncu əfv siyahısına daxil edilməyib.

Yuxarıda da qeyd etdiyimiz kimi bundan sonra E. Məcidli həmin ərizədən imtina etdiyini açıqlayıb.

Hər iki məhbusun ərizəsinin fotosurətini təqdim edirik.