Vicdan məhbusu azad edildi - Müvəqqəti

vicdan-mehbusu-azad-edildi-muveqqeti
Oxunma sayı: 647

17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan A.Alışlının atasının yas mərasimində iştirakına icazə verilib. Bu barədə “Yeni Müsavat”a hüquq müdafiəçisi Eynulla Fətullayev məlumat verdi: “Vicdan məhbuslarının Müdafiə Komitəsinin sədri Arzuman Məcidli mənə müraciət ünvanladı ki, Arif Alışlının atasına yasında iştirakı üçün müvafiq qurumlara müraciət edim. Mən bu haqda dərhal Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət yazdım. Orada həmçinin qeyd etdim ki, bir neçə il əvvəl Mirzə Sakit və Qənimət Zahid həbsdə olarkən onların atalarının yasında iştirakına icazə verilib, yəni bu presedent mövcuddur. Eyni zamanda müvafiq qanunda da məhkumun bu hüququ var. Bu gün mənə məlumat verildi ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyi prezidentə məruzə edib. Prezident də Arif Alışlının atasının yasında iştirakına razılıq verib. Mən bu humanist addımına görə dövlət başçısına və Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.