Virtual dialoq

virtual-dialoq
Oxunma sayı: 803

Çox maraqlı idi. Kim kimin yerini alırdı. Yeni müxalifət yaranması bu insanları niyə bu qədər qorxudurdu? Bu suallara cavab üçün əvvəlcə gəlin baxaq- müxalifət nədir? Müxalifət hakimiyyətdə olmayan, hakimiyyətə rəqib cəbhədə olan siyasi tərəfir. Bu siyasi tərəf hakimiyyətin qüsurlarını əsaslandırılmış şəkildə ortaya qoyaraq, özü hakimiyyətə gəlməyə çalışır. Burda kimsənin konkret yeri yoxdur ki, kimsə də onu alsın. Bu bir meydandır, hansı ki, siyasi mübarizə aparılır. Mübarizə ərzində müxalifət öz simasını o qədər səmimi göstərməli, mövqelərini və fəlaiyyətini o qədər şəffaf və konkret tutmalıdır ki, iqtidarın səhvlərinin güzgüsü olsun, yəni sadəcə və sadəcə öz fəaliyyəti ilə iqtidarın iç üzünü aça bilsin. Meydana giriş sərbəstdir. Kim bacarır mübarizə meydanına girir, meydanda fəaliyyətsiz olan, yetərincə mübarizə apara bilməyən, səriştəsizlik göstərən hər kəs burda mübarizədən kənarda qalır. Amma bu mübarizədən kənarda qalan tərəfin meydandan çıxması, yoxsa qalıb özünü rəzil etməyə davam etməsi onun problemidir.
Deməli burda sadəcə bütün mümkün yollrla mübarizə aparmaq lazımdır, kiminsə gəlib yerini tutmaqla suçlamaq yox. Onda bu cür qıcıq yaranmanın səbələri nədir? Niyə İctimai Palatanın və özünü doğrultmayan ənənəvi müxalifətin nümayəndələri yeni müxalifətə bu cür yanaşır. Onları ya hakimiyyətə, ya da xaricə işləməkdə günahlandıraraq çamur atır, ləkələməyə çalışır. Səbəb?

Son günlər İctimai Palatanın (hansı ki, sualı qoyan dostumuz da bu qurumda çox aktiv təmsil olunurdu) sürətlə dağılması, Pənah Hüseynin istefası, ardınca İctimai Palatanın fəaliyyətində Musavat və AXCP-nin “danılmaz rolu” barədə açıqlamaları (bu açıqlamaları mətbuatdan oxuya bilərsiniz) geniş yayıldı. İctimai Palatanın fəaliyyətini davam etdirməkdə israrlı olan şəxslər belə (çünki siyasətçi olmağa cəhd edən bu şəxslər üçün İP özünü təsdiq üçün yeganə tribuna idi) mətbuatda bu qurumun siyasi missiyasının bitməsi ilə bağlı bəyənatlar verdi. Və bu qurumun dağılması prosesinin fövqündə Azərbaycanda yeni müxalifət adlandırıla biləcək insanların kölgə parlamenti yaratması ilə bağlı təklifləri yer almağa başladı. Bu bir səbəb...

İkincə bir tərəfdən öncə ABŞ Dövlət Departamentinin hesabatında İqbal Ağazadənin Milli Məclisdə yeganə müxalifət kimi tanıması özünü faktiki olaraq doğrulda bilməyən ənənəvi və ya özlərinin dediyi kimi radikal müxalifəti qıcıqlandırma səbəbi ola bilərdi. Sonra mətbuatda prezident İlham Əliyevin Azərbaycan müxalifəti barədə dedikləri yayıldı. O, adı çəkilən, müxalifət kimi təqdim olunan insanlar arasında sadəcə İqbal Ağazadəni qiymətləndirir, müxalifət kimi, tənqidlərini və iradlarını məntiqli hesab edirdi. Bu faktiki olaraq virtual dialoqun başlanğıcı idi. Gəlin qəbul edək ki, bu hakimiyyətə real müxalifət lazımdır. Çünki real müxalifət hakimiyyətin bundan sonra Qərblə münasibətlərinin tənzimlənməsində zəruri şərtdir. Və Qərblə münasibətlərin normal axına salınmasında hər iki tərəf –həm Qərb, həm də Azərbaycan hakimiyyəti maraqlıdır. Birinci, demokratik standartları qorumaq şərti ilə strateji maraqlarını təmin etmək istəyir. Ölkədə demokratik standartlar üçün isə müxalifət zəruridir. Qərb bunu dəfələrlə deyib ölkəyə dağıdıcı inqilab yox, köklü islahatlar lazımdır. Bu islahatları tələb edə bilən, ortaya siyasi iradə qoya bilən, dağıdıcılıq funksiyasını yox, barış, demokratiya, dinc quruculuq – bir sözlə elmi mübarizə yolunu seçən şəxs isə İqbal Ağazdə idi. Bunun üçün hər iki tərəfin uzlaşdığı ortaq məxrəc isə yuxarıdakı faktlarda da özünü göstərir. Yəni bu Virtual dialoq –ilkin virtual razılaşma ilə bitib. Bu da Azərbaycanda yeni siyasi dönəmin başlanğıcıdır. Kim nə deyirsə desin...