Vladimir Putin Qərbi və müxalifəti hədəf aldı

vladimir-putin-qerbi-ve-muxalifeti-hedef-aldi-
Oxunma sayı: 668

Gələn il üçüncü dəfə prezident olacağını iddia edən Rusiyaın Baş naziri Vladimir Putin dünən seçiciləri ilə gerçəkləşdirdiyi sual-cavab proqramında müxalifəti və Qərbi hədəf alıb.

“Qafqazinfo”nun məlumatına görə, hakimiyyətə etiraz edən aksiya iştirakçılarınım yaxalarına taxdıqları ağ lenti prezirvativ hesab edən Putin, mitinqi “AİDS kampaniyasının bir hissəsi” zənn etdiyini söyləyib.

Putin ona qarşı çıxanların hərəkətlərini lağa qoyub və aksiya iştirakçılarını Qərbin göstərişi ilə ölkədəki sabitliyi pozmağa çalışdıqlarını iddia edib. Baş nazir deyib ki, Qərb ölkəsinin nüvə gücündən və müstəqil xarici siyasətindən əndişəyə düşüb.

Putin, 2003-cü ildən bəri həbsdə olan keçmiş milyarder Mixayil Xodorkovski müraciət edərsə, əfv edilməsini düşünə biləcəyini deyib.

Müxaliflər 4 dekabr seçkilərində ciddi pozuntuların olduğunu bildirib. Putin isə seçkilərin nəticələrini xalqın iradəsi olduğunu söyləyib.

2012-ci ilin martında keçiriləcək prezdient seçkilərində bütün seçki məntəqəlrində vebkamera qurulacağını vəd edən Putin ABŞ senatoru Mak Keynin dediklərinə də münasibət bildirib: “Onun əli bir çox insanın qanına batıb. Mak Keyn Vyetnam müharibəsində havalanıb”.