WikiLeaks: “Azərbaycanda uşaq əməyi fahişəliyə keçid alır”

wikileaks-azerbaycanda-usaq-emeyi-fahiseliye-kecid-alir
Oxunma sayı: 674

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə WikiLeaks saytı tərəfindən yayımlanan ABŞ-ın Azərbaycandakı səfirliyinin 2009-cu il 2 noyabr tarixli sənədində deyilir. Sənəddə ABŞ-ın Əmək Nazirliyinin beynəlxalq uşaq əməyi ilə bağlı hesabatından sonra, nazirliyin iqtisadi məsələlər üzrə əməkdaşının Azərbaycanın pambıq əkini ilə məşğul olan rayonlarına səfər etdiyi və məhsul yığımı zamanı uşaq əməyinin şahidi olduğu yazılıb. “Anlaşılmazdır, görəsən uşaq əməyi dəhşətli məktəb sisteminin problemi yoxsa simptomlarıdır. Bir yeniyetmə iqtisadi məsələlər üzrə əməkdaşdan soruşdu: “Mən niyə məktəbə getməliyəm? Mən orada sadəcə boş yerə daha iki il oturacağa, sonra da iş üçün yenidən bura qayıdacağam. Mən indi işləməyə başlamalıyam”.

Sənəddə, həmçinin pambıq sənayesinin 95% azalması diqqətə çatdırılaraq, sektorun azalması ilə uşaq əməyinin ən pis formalara - narkotik satışına, fahişəliyə və uşaqların Türkiyə, Dubaya satılmasına yol açdığı bildirilib.

Səidə