WikiLeaks İlham Əliyevin Saakaşviliyə köməyindən yazdı

wikileaks-ilham-eliyevin-saakasviliye-komeyinden-yazdi-
Oxunma sayı: 654

“Senator Luqar ilə prezident İlham Əliyevin görüşü zamanı Azərbaycan ilə Gürcüstan arasındakı yaxın münasibətlər müzakirə olundu. Bu kontekstə Əliyev Azərbaycanın Gürcüstandakı prezident seçkilərinə cəlb olunmasını şərh etdi. O, hesab edirdi ki, Gürcüstanın etnik azərbaycanlılarını Saakaşviliyə səs verməyə həvəsləndirmək seçkilərin son nəticəsində öz effektini göstərdi. Əliyev təsdiqləyir ki, onun birbaşa iştirakı sayəsində 90% Gürcüstan azərbaycanlıları Saakaşviliyə səs verdilər. Saakaşvili isə ona bəyan etdi ki, Azərbaycanın nə indiki, nə də keçmiş yardımlarını unutmayacaq: “ Bu dəstək olmasa idi nəticə başqa cür də ola bilərdi”.

Əliyev, həmçinin qeyd etdi ki, seçki ərəfəsində Azərbaycan qazın qiymətini Gürcüstana kifayət qədər aşağı qiymətlərlə qoyurdu. O, keçən ilki enerji böhranında da Gürcüstana yardım etdiyini, Azərbaycanın özündə qaz çatışmazlığının yaranmasına baxmayaraq, qazın qiymətini rəqabətə davamlı qiymət üzrə qoyduğunu bildirib: “Başqa ölkələrdən fərqli olaraq, biz qonşularımızın çətinliklərindən istifadə etmirik”.

Səidə