“WikiLeaks” Metyu Brayza ilə bağlı məxfi materiallar açıqladı

wikileaks-metyu-brayza-ile-bagli-mexfi-materiallar-aciqladi
Oxunma sayı: 816

“WikiLeaks” saytı ABŞ dövlət katibinin köməkçisinin müavini işləmiş Metyu Brayzanın İstanbulun azlıqlar üzrə vitse-qubernatoru Fikrət Kasapoğlu ilə 2007-ci ilin martında görüşləri ilə bağlı gizli sənədlər yayımlayıb. “Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə “erməni soyqırımı” ilə bağlı qətnamə haqqında müzakirə aparılıb.

“Brayza vurğulayıb ki, administrasiya bütün səylərini Konqresin Nümayəndələr Palatasında və Senatda baxılan qətnamənin qəbul edilməməsi istiqamətində birləşdirir. Onun sözlərinə görə administrasiyanın mövqeyi dəyişməyib: türk-erməni tarixinin qərəzsiz müzakirəsi vətəndaş cəmiyyətində aparılmalıdır. Kasapoğlu hesab edib ki, qətnaməyə qarşı dəlillərdə dörd bənd vurğulanmalıdır:

- İstanbul Osmanlı imperiyasından bəri müxtəlif mədəniyyətlər üçün ənənəvi tolerant ölkə olmuşdur;
- Türkiyə və Ermənistan arasında tarixi və indiki siyasi gərginliyə baxmayaraq, Ermənistandan 40 mindən çox əmək miqrantı Türkiyədə qeyri-leqal yaşayırlar;
- Hrant Dinkin qətlinin qeyri-iradi müsbət qınanılması insanların bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətini göstərirdi.
- Türkiyənin bütovlüklə gənc nəsli çətinliklə anlayır ki, Birinci dünya müharibəsi illərində nələr baş verib və “soyqırım” məsələsinin siyasiləşməsi yalnız nifrətə səbəb olacaq”.

Sənəddə, həmçinin Kasapoğlunun Türkiyənin dini azlıqlarla bağlı tolerantlığını önə çəkməyi təklif etdiyi deyilir. O, buna sübut kimi ermənilərin hələ də, qanunsuz immiqrasiya üçün Türkiyəni seçdiklərini göstərib.

Səidə Teyyubqızı