Xalq artisti Yeni il şənliyinə qatılmaqdan imtina etdi

xalq-artisti-yeni-il-senliyine-qatilmaqdan-imtina-etdi
Oxunma sayı: 646

Primadonna pul qazanmağı yox, bayramı istədiyi kimi keçirməyi üstün bildi. Milli.Az xəbər portalına danışan Şöhrət ordenli müğənnidən bayramı harada keçirəcəyini öyrəndik.

"Yəqin ki, Bakıda olmayacam. Bir neçə əziz adamımla birlikdə qarlı, mənzərəsi xoş olan bölgələrdən birinə gedib, iki-üç gün orada qalmağı düşünürük. Şou-proqramların heç birinə qatılmayacam. Anamın vəfatından neçə il ötür, hələ də onun itkisi ağrıdır məni. Şou-əyləncədən maksimum kənar gəzirəm. Sakitliyi, yaxın dostlarla sakit bir yerdə oturub dincəlməyi üstün bilirəm", - deyən müğənni qarşıdakı ilə nəzərdə tutduğu planları barədə də danışdı.

"Arxı keçməmiş "hop" deməyi sevmirəm. Çox maraqlı və insanları sözün əsl mənasında maraqlandıra biləcək layihələr düşünürəm. Amma zamanı gəlincə təfərrüatını öyrənəcəksiniz", - deyə xalq artisti bildirdi.