Xalq Cəbhəsinin təmsilçisi Varşavada həbs olundu

xalq-cebhesinin-temsilcisi-varsavada-hebs-olundu
Oxunma sayı: 711

“Qafqazinfo”nun məlumatına görə, Mixaleviçin azad olması haqqında xəbəri “İnterfaksa” onun xanımı Milana bildirib.

Mixaleviç, saxlanması haqda məlumatı Belarusda nəşr olunan “Xartiya-97”-ə telefonla deyib. Müxalifət təmslçisi Belarus prokurorluğunun sorğusuna əsasən Varşava aeroportunda saxlayıblar. Müxalifətçi bir qədər əvvəl İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Belarus Xalq Cəbhəsi Partiyasının üzvü olmuş Ales Mixaleviç 2010-cu ildə prezident seçkilərində iştirak etmişdi. Rəsmi məlumatlara görə, o, bir faizə yaxın seçici səsini toplamışdı.

Seçkilərdən sonra Mixaleviç prezident əleyhinə çıxışları və kütləvi iğtişaş törətmək ittihamıyla bir neçə müxalifət nümayəndəsi ilə birgə həbs olunmuşdu. Bir neçə ay sonra Mixaleviç ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılmışdı.