Xameneyi İsraillə bağlı planı açıqladı

xameneyi-israille-bagli-plani-aciqladi
Oxunma sayı: 664

“Qafqazinfo”nun İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, dini lideri İsarili Yaxın Şərqin xərçəng şişi adlandırıb: “İsrail kütləvi informasiya vasitələri və bombardmançılardan istifadə edən satanist şeytandır. Hər bir müsəlman İsrailə qarşı vuruşmağa borcludur... Qeyd etdiyim kimi, qəsbkar İsrail islama və müsəlman ölkələrinə ciddi təhlükədir. Dünya müsəlmanları bu xərçəng şişindən birdəfəlik xilas olmaq üçün imkanı əldən verməməlidirlər”.

Xameneyi ilk addım olaraq İsrailin tam məhv edilməsini irəli sürüb. Bunun üçün isə İranın uzaq məsafəli raketlərdən istifadə edə biləcəyini bildirib: “Aramızdakı məsafə cəmi 2600 kilometrdir. Biz onu bir neçə dəqiqəyə yer üzündən silə bilərik”.

Xameneyinin fikrincə, İsrailin İranın nüvə obyektlərini vurmasını gözləməsi şərt deyil. O, İranın ilk olaraq hücum etməsi üçün kifayət qədər əsasları olduğunu deyib.

Dini lider “müdafiə cihadı”nın İsrailin məhv edilməsinə bəraət qazandırdığını və İranın bütün dünya müsəlmanlarını buna hazırlamağa borclu olduğunu vurğulayıb: “Biz hər vasitə ilə Fələstində olan müsəlmanların müqəddəs qanlarını qorumalıyıq”.



Səidə