“Xanımlara səs verməmək namərdlikdir”-Çağırış

xanimlara-ses-vermemek-namerdlikdir-cagiris
Oxunma sayı: 643

İslamazeri.az-ın TRT-ə istinadən verdiyi xəbərə görə, İran parlamentinin sədri Əli Laricanı qadın millət vəkillərinin sayının artmasının vacibliyini vurğulayıb və xanımlara səs verməməyin namərdlik olduğunu bildirib.

Laricani parlament seçkiləriylə bağlı bir konfransdakı çıxışında seçiciləri qadınlara səs verməyə çağırıb. Qadın deputatların sayının azaldığına diqqət çəkən Laricani "Ölkəylə bağlı mövzuların bir hissəsi qadınları maraqlandırır, bu səbəbdən parlamentdə təmsil olunmalıdırlar" deyib.

Parlamentdəki 290 yerin 90-nı qadınların tutmalı olduğunu vurğulayan Laricani bildirib ki, cəmiyyətin yarısını təşkil edən qadınlar Məclisdə də ona görə təmsil olunmalıdır.

Qeyd edək ki, İranda parlament seçkilərinin ilk turu mart ayında keçirilib və 225 deputat müəyyənləşib. Qalan 65 yer üçün seçkilər mayın 4-də keçiriləcək.