Xarici işlər nazirinə zəng çatmır

xarici-isler-nazirine-zeng-catmir
Oxunma sayı: 641

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən xəbərinə görə, dövlət katibi rusiyalı həmkarı ilə BMT Təhlükəsizlik Şurasının sessiyasından əvvəl Suriya ilə bağlı qətnamə layihəsəni müzakirə etmək isəyir.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib. Nuland deyib ki, artıq 24 saatdır Hillari Klinton Sergey Lavrovla danışa bilmir. “Lavrov Avstraliyada olduğu üçün, yəqin ki, bu səbəbdən ona zəng çatmır”, -deyə Nuland bildirib.

Klintonun qətnamə layihəsini telefonda Çinin xarici işlər naziri Yan Tseçi ilə müzakirə etdiyi xəbər verilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sessiyası bu gün keçiriləcək.