Xarici işlər nazirləri “atışdı”

xarici-isler-nazirleri-atisdi
Oxunma sayı: 661

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Davudoğlu, ölkəsini qaçqın düşərgələrində müxalifləri silahlandırmaqla günahlandıraraq, islahat apacaqlarını söyləyən həmkarına “Biz bu islahat sözlərni çox eşitdik”, deyib.

Xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya yönəlmiş 9 maddəlik sanksiya qərarını açıqladıqdan sonra getdiyi Ciddədə Suriyaın xarici işlər naziri Vəlid Muallim ilə aralarında bir polemika olub. Suriyadakı hadisələrin müzakirə olunduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsnin iclasında diqqətlər 9 avqustdan sonra ilk dəfə üz-üzə gələn Davudoğlu və Muallimə yönəlmişdi.

Toplantıda çıxış edən qatarlı nazir Türkiyəni müdafiə edib. Bundan sonra söz alan Vəlid Muallim ad çəkmədən Türkiyəni günahlandıran açıqlamarı ilə polemikanı başladıb. Toplantıda əsas diqqətə səbəb olan həmin dialoqu təqdim edirik:

Muallim: Qonşu ölkələrdən silahlı qruplar gəlir, bəzi düşərgələrdə müxalifət silahlıları formalaşdırır. Biz islahat aparacaqdıq, terror hücumları olduğu üçün edə bilmədik.

Davudoğlu: Biz bu islahat sözlərini çok eşitdik. Kaş ki, islahat olsaydı, amma bundan sonra olacağını ehtimal etmirik. Bizdəki düşürgələrdə Suriyadakı zülmlərdən qaçanlar var. Buraya 15 min insan gəlib. Çox qadın, uşaqdır. Yolda övladlarını dünyaya gətirən hamilə qadınlar belə var. Bunlar hansı qorxuyla, kimdən qaçdı? Türkiyə Jivkovdan, Səddamdan qaçanlara da sığınacaq verdi. Ne deyirsiniz, deyin. Bizim qapılarımız, pəncərələrimiz, qəlbimiz suriyalı qadaşlarmızın üzünə açıqdır. Onlar sizin vətəndaşınız, bizim qardaşlarımızdır. Zülmə razı olmarıq. Heç bir silahlı qrupa da sığıncaq vermədik.

Muallim: “Brother” Əhmədi dinləməkdən məmnun oldum. Türkiyə ilə razılaşmalara sadiqik. Bizdən Türkiyəni narahat edəcək kimsə keçməz. Yaxşı münasibətləri inkişaf etdirmək isəyirik. Amma bizə ağıl öyrətməy qəbul edə bilmərk.

Davudoğlu: “Brother” Velid biz heç kimə bir şey təlqin etmirik. 9 ildir sizi müdafiə etdik. Amma öz xalqınıza silah işlədərsiniz, sizinlə bir yerdə olmarıq. Dediyimizi dinləməyin, Ərəb Liqasını da dinləməyin, sadəcə, öz xalqınızı dinləyin. Biz ölkəmizin hər yerində nə olduğunu gözəl bilirik. Bəs siz? Hamanın, Humusun küçələrinə nəzarət edə bilirsiniz? Bir halda ki, silah keçirildiyi barədə iddianız var, çox asandır. Müşahidəçiləri qəbul edin. İƏT də gəlib baxsın. Bax, sənə zəng etdim. Ramzan günü 3 məscid uçurdunuz. Bu, necə olur? Mübarək gündə məscid sökürsünüz?

Muallim: Biz sizinlə ikilikdə danışmaq istəyirik. Ərəb Liqasındakı kreslomuzu siz aldınız (gülərək). Bir dəfə də Dəməşqə gəl, bunları danışaq. Ərəb Liqasını buraxın, təkbaşına siz gəlin. Türkiyəyə sayğımız var.