Xarici seriallara qadağa düzgündürmü? - Sorğu

<b>Xarici seriallara qadağa düzgündürmü? -<font color=red> Sorğu</b></font>
Oxunma sayı: 259

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qərarın qəti olduğunu və dəyişməyəcəyini dəfələrlə bəyan edib. Bəziləri MTRŞ sədrinin məlum qərarının doğru olduğunu desələr də, Şuranın qərarının mənasız və düzgün olmadığı qənaətində olanlar da az deyil. Hətta serial bazarında dünyaca məşhur olan Türkiyədə də Azərbaycanın öz milli serial istehsalına marağı artırmaq üçün bu yola əl atmağını qeyri-ciddi qarşıladılar. Bəs siz necə düşünürsünüz? MTRŞ-nın sözügedən qərarına münasibətiniz necədir?
Sorğu rubrikamızda sizə bir neçə variant təklif edirik. Sizi sorğuda iştirak etməyə dəvət edirik. Səhifəmizin sağ tərəfində, aşağıda sorğu rubrikasında iştirak etməklə münasibətinizi bildirin. Beləliklə, xarici serialların yayımının dayandırılması düzgündürmü?

1. Doğru qərardır.

2. Yanlış qərardır.

3. Bu milli seriallarımızın inkişafını sürətləndirəcək.

4. Onsuz da milli seriallara baxan olmayacaq.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi