Xatirə İslamın toyu iyunda olacaq

xatire-islamin-toyu-iyunda-olacaq
Oxunma sayı: 676

Müğənni iyunun 11-də toy çaldırıb subaylıqla vidalaşacaq. Toy paytaxtın dəbdəbəli restoranlarının birində keçiriləcək.

Milli.az əməkdaşının əldə etdiyi məlumata görə, tanınmış estrada müğənnisi Xatirə İslamın gələcək həyat yoldaşı Fəxrəddin milli ordunun sıralarında qulluq edən zabitdir.

Müğənninin nişanlanması ilə bağlı yaydığımız ilk xəbərdə Fəxrəddin bəyin təkcə 4 dil bildiyini vurğulamışdıq. Bu səbəbdən də onun diplomat olması haqqında versiyalar daha gerçək görünürdü. Ancaq etibarlı mənbə israrla bildirdi ki, X.İslamın ürəyini verdiyi adam uzun illərdir hərbçi kimi çalışır.