Xatuna fanatı tərəfindən jest - Fotolar

<b>Xatuna fanatı tərəfindən jest - <font color=red>Fotolar</b></font>
Oxunma sayı: 197

“Qafqazinfo”nun məlumatına görə, Xatun Buzovna qəsəbəsində yerləşən 13 saylı kimsəsiz uşaqlar evində konsert proqramı ilə çıxış edib. Müğənni yeni duetini də ilk dəfə balaca dinləyicilərinə təqdim edib. İfaçı Mako ilə “Söylə” adlı yeni duetləri uşaqların da rəğbətini qazanıb. Tədbirin ən yadda qalan məqamlarından biri isə azyaşlı fanat tərəfindən sənətçiyə edilən jest olub. Belə ki, kimsəsiz uşaqlar evində yaşayan balaca Ədalət səhnəyə çıxaraq müğənninin “Səndən ötrü” duetini oxuyub. Ədalətin ifasından məmnun qalan Xatun isə bu jesti cavabsız qoymayaraq onunla birgə ifa edib.

Qeyd edək ki, müğənni 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təşkil olunan konsertdə iştirak edən 13 saylı kimsəsiz uşaqlar evinə öz hədiyyələrini də təqdim edib.

Nigar


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi