Xəncər və qiymətli əşyalar oğurlayan şəxs yaxalanıb- Kriminal xəbərlər

xencer-ve-qiymetli-esyalar-ogurlayan-sexs-yaxalanib-kriminal-xeberler
Oxunma sayı: 696

Sentyabrın 6-sı saat 17:30 radələrində M.Davud küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Vüqar Qurbanov qaynatası Fazil Cəfərovu bıçaqla qətlə yetirdiyinə görə Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Avqustun 22-nə keçən gecə Şüvəlan qəsəbə sakini Zaur Məmmədovun evindən pəncərədən keçmə yolu ilə 8 ədəd dekorativ xəncər, 12 ədəd rəsm əsəri, 1 ədəd kukla, durbin, gümüş əşyalar, vaza və gödəkçə oğurlanıb. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Baba Şabanov sentyabrın 6-da yaxalanıb.

Avqustun 29-na keçən gecə Pirallahı qəsəbə sakini Balakişi Balakişiyevə məxsus S.Vurğun küçəsində yerləşən mağazadan pəncərədə keçmə yolu ilə 1100 manat, qızıl-zinət əşyaları, tütün məmulatları, danışıq kartları və ətir oğurlanıb. Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Sopokov sentyabrın 6-da yaxalanıb.

Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xəqani Əliyev sentyabrın 6-da yaxalanıb.