“Xeyrəddin Qocanın arzusu ürəyində qalacaq və ölüb gedəcək”

xeyreddin-qocanin-arzusu-ureyinde-qalacaq-ve-olub-gedecek
Oxunma sayı: 812

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı səsləndirib. O, Xeyrəddin Qocanın “Kürdlərin dövləti qurulmalıdır və bu gec-tez olacaq” fikrinə kəskin etirazını bildirib və bu açıqlamanı böyük bir biabırçılıq kimi qiymətləndirib: “Xeyrəddin Qoca “Kürdlərin dövləti qurulmalıdır və bu gec-tez olacaq” fikrini səsləndirməsi, birbaşa Türk xalqına qarşı həqarətdir, Türkiyənin suverenliyinə qarşı çıxmaqdır. PPK kürd terrorçuları ilə Xeyrəddin Qocanın arzuları eynilik təşkil edir. Onlar Türkiyəni parçalayıb “dövlət” qurmaq arzusundadırlar və buna görə hər gün Türk əsgərini və türk xalqını qanına qəltan edir və 30 min günahsız insanı qətlə yetiriblər. Min dəfə təəssüf edirəm ki, Xeyrəddin Qoca kimi bir insan Azərbaycan dövlətini və onun xalqını konsul kimi qardaş Türkiyədə təmsil edib. Bu adamın arzusu ürəyində qalacaq və nə 100 il bundan sonra, nə də 200 ildən sonra PPK Türkiyədə “dövlət” qura bilməyəcək və Xeyrəddin Qocanın da arzusu ürəyində qalacaq və ölüb gedəcək!”

Fatimə Kərimli