“Xəzər Lənkəran” yenə məşqçisiz qaldı - İstefa

xezer-lenkeran-yene-mesqcisiz-qaldi-istefa
Oxunma sayı: 643

İstefa qərarı hər iki tərəfin razılığı ilə qəbul olunub. Hüseynovun istefasına səbəb cənub təmsilçilərinin uğursuzluq seriyasını davam etdirməsi olub.
Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev Fanat.az-a verdiyi açıqlamada məlumatı təsdiqləyib: “Bəli, Hüseynov istefa verib. Bu klub və məşqçinin qarşılıqlı razılığı əsasında baş tutub. Hüseynovun əvəzinə komanda hələlik Emin Quliyevin başçılığı altında məşq edəcək”.