“Xəzər-Lənkəran”dan FİFA-nın qərarı ilə bağlı açıqlama gəldi

xezer-lenkerandan-fifa-nin-qerari-ile-bagli-aciqlama-geldi
Oxunma sayı: 656

Cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov bu haqda “Qafqazinfo”ya açıqlama verib: “Hesabımızdan 6 xal silinməsi çox pis oldu. Bu bizim çempionatdakı hədəflərimizi də dəyişdi. Artıq çempionluq haqda düşünmürük. Çünki sona 5 tur qalmış liderdən 12 xal geridəyik. Bu xal fərqini əritmək mümkünsüzdü. Bundan sonra Avroliqaya vəsiqə uğrunda mübarizə aparacağıq”.

Qeyd edək ki, FİFA-nın qərarından sonra “Xəzər Lənkəran”ın hesabındakı 51 xaldan 6-ı silinib. Bununla da komanda Unibank Premyer liqasında 2-ci pillədən 4-cü yerə enib. Hazırda hesabında 45 xal olan “ağ-yaşıllar” 1-ci pillədəki “Neftçi”dən 12 xal geri qalır.

Ceyhun Əhmədov