“Xəzər-Lənkəran”dan tarixi qələbə

xezer-lenkerandan-tarixi-qelebe
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, ilk oyunda 2:2 hesablı bərabərlikdən sonra “Nomme Kalyu” klubunun qonağı olan ağ yaşıllar rəqib qapısından iki qol keçirməklə ilk dəfə növbəti mərhələyə vəsiqə qazandılar.

Təmsilçimizin ilk qolunu yeni transferi Ruslan Abışov 40-cı dəqiqədə vurub. Rəqibindən açıq-aydın güclü olan lənkəranlılar qarşı tərəfə imkan verməyərək hesabı artırmağa nail olublar. Belə ki, 86-cı dəqiqədə Branimir Subaşiç hesabı 0-2 edib.

Beləliklə, bu qələbədən sonra “Xəzər-Lənkəran” ilk dəfə Avrokuboklarda mərhələ keçməyi bacardı.