Xırdalan sakinlərinin eyvan problemi

xirdalan-sakinlerinin-eyvan-problemi-
Oxunma sayı: 647

“Qafqazinfo”ya bu barədə məlumat verən Xırdalan şəhəri, 27-ci məhəllə, 13a saylı binada yaşayan Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynovun sözlərinə görə, söküntü işlərinə rəhbərlik edən şəxslər eyvanların dağıdılmasının səbəbləri haqqında heç bir izahat vermirlər. Eyni zamanda, iş icraçıları sökülən eyvanların nə zaman bərpa olunacağını, ümumiyyətlə, bərpa olunub-olunmayacağı haqda sualları da cavabsız buraxırlar: “Bizim binanın fasadını dəyişdirirlər, amma binanın blokları bərbad vəziyyətdədir və işıqlandırılmır. Eyni zamanda, binanın zirzəmisindən keçən ötürücü xətt sıradan çıxdığı üçün zirzəmi su ilə dolur və bu da zərərli həşaratların çoxalmasına, antisanitariyanın güclənməsinə səbəb olur. Ona görə də, yaxşı olardı ki, İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əraziyə nümayəndə göndərsin və sadalanan problemlər qeydiyyata götürülərək, aradan qaldırılsın”.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayonunda abadlıq işlərinin aparılması üçün büdcədən 5 milyon manat vəsait ayrılıb.