Xırdalandakı “Hüsnü Mübarək” məktəbində qalmaqal

xirdalandaki-husnu-mubarek-mektebinde-qalmaqal
Oxunma sayı: 664

Sakinlər “Qafqazinfo”ya bildiriblər ki, 2006-cı ildə fəaliyyətə başlayan bu məktəb “Misir məktəbi” adlanır. Redaksiyamıza daxil olan xəbərdə deyilir: “Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin şərəfinə tikilib. Direktoru Həcər İbrahimova naxçıvanlıdır. Bu il uşaqlarımızın adını həmin məktəbə yazdırdıq və məktəbdə məktəbli formasının satılıb satılmayacağı ilə maraqlandıq. Direktor isə bizə dedi ki, məktəb forma satmayacaq, özünüz alın. Biz valideynlər də hərəmiz bir yerdən uşağımıza forma aldıq. Dünən isə direktor deyir ki, formanı Xırdalandakı dükandan almalısınız. Əks halda uşaqlar məktəbə buraxılmayacaq. Onu da dedi ki, Abşeronun İcra Hakimiyyəti ona formaların satışı üçün limit qoyub”.

Direktorun bu tapşırığından sonra valideynlər arasında narazılıq yaranıb və çoxu uşaqlarının sənədlərini geri alaraq, yaxınlıqdakı 2 nömrəli məktəbə veriblər. Valideynlər onu da deyiblər ki, direktorun nişan verdiyi dükanda satılan formalar standartdan kənardır. Direktor xanım isə ona etiraz edən valideynlərə kobudluq edib və deyib ki, “gedin hara istəyirsiniz şikayət edin”.