Xocalı qətliamında Ceyhun Osmanlı izi

xocali-qetliaminda-ceyhun-osmanli-izi
Oxunma sayı: 652

Yenicə ovcunu bükməyi öyrənən körpənin, zorlanan, əsir düşən, hamilə ikən diri-diri doğranan, yandırılan analarımın, bacılarımın hiddəti ilə bağırıram..
Həyasızlıqdan, murdarlıqdan ilmələnən, yoğrulan şərəfsizlərin, manqurtların, vandalların törətdikləri vəhşiliyi dünyaya gücüm, ünüm yetəcək qədər car çəkməyə gəlmişəm ...

Və....sən, bütün bu söylədiklərimin də üzərində müxalifətçilik, iqtidarçılıq təsnifatı apardınsa, apara bildinsə, mənim daha Sənə sözüm yoxdur!

***

Oysa ki, önərim budur-get Sarkisyan şərəfsizin 2000-də dərc olunan müsahibəsini oxu! Hətta beş dəfə, on dəfə deyil, on beş dəfə oxu!
Minlərlə insanın ölümünə qətiyyən təəssüflənməyib də, əksinə bundan qürurlandığını söyləyən o şərəfsizəmi, yoxsa hakimiyyət hədəfinizdə duran bizəmi daha çox nifrət etdiyini dəqiqləşdir!
Qəzet manşetlərini ildə bir dəfə də olsa reket nəfsinlə üzərinə çökdüyün nazirlərə, komitə sədrlərinə deyil,qanına susayan,torpağını qəsb edən erməniyə həsr elə!.
Minsk qrupunu Əli Əhmədovun ağzı ilə deyil, öz ağzınla vur!
Qərar ver. Düşün!
Hər fikrimizin altından “Otello”, “Lotu qaqaş”, “Bomba oğlan” niki ilə yazdığın vətənpərvər, məsum, başından yekə şərhlərə dalıb düşünmə amma! Bunları keçdik, ötdük Sənə. Ya yanındakı Dezdemonalara bağışladıq, ya lotu adına hörmət elədik, ya da öz bombanın öz barıtı ilə baş-başa qoyduq Səni.

Sən...sadəcə xislətinə dalıb düşün bunları.

Həm də o qətliamda 170 gülləyə küçücük qarnını sipər eləmiş körpənin yerinə öz övladını qoyub düşün! Yalnız ondan sonra Xocalı faciəsinin siyasi mətləblərini çöz! Bizim ora getməmizə bir qəbahət donu geyindir! Hətta bir faciənin kölgəsində belə öz “avantaj”ını axtar!

***

Bizlərlə olmalı idin orda! Olacaq idin!
Əlil arabasında yüz minlərin içində nəfəs darlığı keçirib bayılan, fəqət sona qədər yürüşə davam qərarı verən Xocalı əsilli anaları sən də görəcəkdin!
Əlində çəlik 80 yaşlı qaziləri, Azərbaycan bayrağına sarılaraq boyunlarda gəzib, elə özlərinin yaşındaca dünyadan gedən həmyaşıdlarının haqqını soran 3-4 yaşlı cocuqları seyr edəcəkdin!

***

Hamı ilə görüşdük!
Hər kəs orda idi... Mübariz Qurbanlıdan tutmuş Rauf Arifoğluna qədər....
Amma, kimsə bir-birinə siyasi mənsubiyyətini, mövqeyini, yazılarını xatırlatmadı.
Şükür ki, barı orda müxalifətçiliyimiz, iqtidarçılığımız yox idi......
Bir tək Azərbaycanlı olduğumuzun fərqində idik!!!

P.S. Bu arada... Düşmən dəyirmanına benzini kamazla tökənlərə xatırladım ki, nəinki Xocalı qətliamının, hətta yüzilliklərdən bəri Azərbaycanın bütün faciələrinin memarı olan, zamanında Qarabağı düşmənə təslim edən, Elçibəyi satan, AXCP-ni min yerə parçalayan, Müsavatı qurultay keçirməyə qoymayan və nəhayət daşı gündən-günə ağırlaşan Ceyhun Osmanlı da orda idi....

10 günlük yuxusuzluqdan sonra səsi tutqun, saçı dağınıq, bayrağa sarılmış halda yürüyürdü...