Xocalıda itmiş bir nəslin sonuncu üzvü yol terrorunun qurbanı oldu

xocalida-itmis-bir-neslin-sonuncu-uzvu-yol-terrorunun-qurbani-oldu
Oxunma sayı: 643

Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, yol qəzası ötən gecə Bakı yaxınlığında baş verib. Taksi ilə paytaxta gələn təhsil şöbəsinin müdiri 50 yaşlı Məhəmməd Rəsulov yol qəzasına düşüb. Taksinin yol kənarında hasara dəyməsi nəticəsində M.Rəsulov aldığı xəsarətdən dünyasını dəyişib.

Qeyd edək ki, əslən Xocalıdan olan M.Rəsulov Xocalı soyqırımından sonra nəslin sağ qalmış yeganə nümayəndəsi olub. O, soyqırım zamanı bütün əzizlərini itirib.