Xoruz döyüşünə gələnlər güllənləndilər, ölənlər var

xoruz-doyusune-gelenler-gullenlendiler-olenler-var
Oxunma sayı: 636

ABŞ-ın Texas ştatında qeyri-lkqal xoruz döyüşlərinin tamaşaçıları naməlum şəxslərin silahlı hücumuna məruz qalıblar. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qadağan edilmiş xoruz döyüşləri Meksika ilə sərhəddəki Els şəhərinin yaxınlığında keçirilirmiş.

Xoruz döyüşləri zamanı naməlum şəxslər içəriyə daxil olaraq insanlara kortəbii şəkildə atəş açmağa başlayıblar. Nəticədə 3 nəfər ölüb, azı 8 adam yaralanıb. Tamaşaçıların çoxu qaçmaqla xilas ola biliblər.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisəni törədənləri saxlaya bilməyib. Hadisə yerində istintaq hərəkətləri aparılır, şahidlər dindirilir.