Xose: “Oksana pərdə arxasında qalacaq”

xose-oksana-perde-arxasinda-qalacaq
Oxunma sayı: 749

"Yeni treklərimin toplandığı albomların təqdimatını konsertlə etmək məndə bir növ adət halını alıb. Bu yay bir neçə konsertdə qonaq qismində səhnəyə çıxsam da, solo-proqramımı avqustun 19-da gerçəkləşdirəcəyəm. Estradamızın sevilən ulduzlarının konsertə fəxri qonaq kimi qatılması planlaşdırılıb. Adları tam dəqiqləşmədiyi üçün hansı ulduzlar olacağını söyləməyə tələsmirəm", - Elşad Xose dedi.

"Bəs yaxın dostun Oksana Rəsulova həmin konsertə necə dəstək verəcək?" sualımıza reperdən gözlənilməz cavab aldım.

"Oksana hər işimdə mənə dəstək olsa da, konsertdə pərdə arxasında qalaraq dinləyicilərdən biri olacaq. Bəlkə ifa etdiyi hind rəqslərindən birinə çəkilmiş klipin prezentasiyanı keçirdik. Amma bu da tam dəqiqləşməyib. Ümumilikdə isə istəmirəm şəxsi həyatımızı yaradıcılıq işlərimizə qataq. Yoxsa bəzi sözbazlar deyəcəklər ki, Elşadla Oksana piar üçün bir-birilərinin populyarlığından istifadə edir. Bilən bilir ki, hərəmiz özümüzə görə tanınırıq və bizə ucuz reklam lazım deyil", - Xose əlavə etdi.