Xristian Demokrat Alyansında Qarabağ məsələsi müzakirə olundu

xristian-demokrat-alyansinda-qarabag-meselesi-muzakire-olundu
Oxunma sayı: 639

“Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, diaspor fəalı Vüqar Abbasov CDA (Niderland Xristian Demokrat Alyansı (İttifaqı) Partiya fraksiyasının funksioneri və Middelburg bələdiyəsinin idarə heyətinin üzvü xanım Krayne Huk görüşüb.

Bu barədə “Qafqazinfo”ya Hollandiyadan Vüqar Abbasov bildirib.

“Görüş olduqca səmərəli keçdi. Görüş zamanı xanım Krayne Huka Azərbaycan haqqında, Dağlıq Qarabağ işğalı və xüsusilə, Xocalı soyqırımı müzakirə olundu və hadisə zamanı minlərlə insanın öldürlüməsi haqqında partiya funksionerinə məlumat verildi. Hukdan təmsil olunduğu partiyanın Hollandiya parlamentinində təmsil olunan deputatları ilə mənim görüşümün təşkil etməsini xahiş etdim”,-deyə Vüqar Abbasov qeyd edib.

Vüqar Abbasov Hollandiya parlamentinin deputatları ilə görüş baş tutarsa Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı məsələləri müzakirə etmək istədiyini bildirib.

“Xanım Huk isə bu görüşün baş tutmasına çalışacağını ifadə edib. Onu da əlavə edim ki, oxucularımız Hukdan aldığım müsahibəni bu yaxınlarda oxuya biləcəklər”,-deyə Vüqar Abbasov bildirib.


Elnur Eltürk