“Xural”a görə daha bir bəyanat

xurala-gore-daha-bir-beyanat
Oxunma sayı: 1828

"Hakimiyyətin mətbuata qarşı repressiyaları günbəgün güclənməkdədir. Son günlər “Xural” qəzeti ciddi təqiblərlə, təzyiqlərlə üzləşib. Qəzet gündəlik nəşrə başlayandan sonra ona qarşı müxtəlif təxribatlar həyata keçirilir. “Xural”ın əməkdaşı Aydın Canıyev bu yaxınlarda həbs edilib. Dünən isə qəzetin bütün əmlakı məhkəmə icraçıları tərəfindən müsadirə olunub. Mətbəələr “Xural”ı nəşr etməkdən imtina edib. Bütün bunlar göstərir ki, əslində qəzetə qarşı hakimiyyət tərəfindən məsədyönlü repressiya kampaniyası başlayıb.

Müsavat Partiyası “Xural” qəzetinə qarşı həyata keçirilən bu təqib və təzyiq kampaniyasını qətiyyətlə pisləyir və hakimiyyətdən qəzetin normal fəaliyyəti üçün şərait yaratmağı tələb edir".