“Xural”çılar yeni qəzet nəşr edir - ASİ

xuralcilar-yeni-qezet-nesr-edir-asi
Oxunma sayı: 777

Bu barədə “Qafqazinfo”ya qəzetin əməkdaşı Anar Mahmudoğlu məlumat verib. O bildirib ki, mətbəələr “Xural”ı nəşrindən imtina ediblər. Buna görə də onlar yeni qəzet nəşr etmək istəyiblər. Adında “Xural” sözü olan bir neçə variant təklif etsələr də, Ədliyyə Nazirliyi həmin adlarda qəzeti qeydə almaqdan imtina edib. Buna görə də redaksiya kollektivi eni adla qəzet nəşr etmək qərarına gəliblər.

A. Mahmudoğlu bildirib ki, onlar “ASİ” ad yeni qəzet nəşr edəcəklər. Bunun mənası isə Azad Söz İnqilabçıları deməkdir. Qəzet həftədə bir dəfə bazar günləri nəşr ediləcək. ASİ-nin ilk nömrəsi dekabrın 4-də qəzet köşklərində olacaq.